Ping nədir və internetdə niyə önəmlidir?

İnternetdən istifadə edərkən yalnız sürət deyil, ping də böyük rol oynayır. Ping – sizin cihazınızdan serverə göndərilən siqnalın cavab müddətini ölçür. Başqa sözlə, “mən burdayam, sən orda varsan?” deyə siqnal göndərirsiniz, server “bəli” deyəndə həmin cavab neçə millisaniyəyə (ms) gəldiyini göstərir.

Ping niyə vacibdir?

IPTV: Ping yüksəkdirsə, görüntü donur, gecikir.

🎮 Onlayn oyunlar: Reaksiya gecikmələri olur, oyun "lag" verir.

📹 Videozəng və yayım: Səs və görüntü sinxron olmur.

💻 Uzaq sistemlər: Gecikmə ilə işləmək çətinləşir.

Yaxşı ping neçə olmalıdır?

Ping Qiymətləndirmə

0-15 ms Əla

15-25 ms Yaxşı

25-35 ms Orta

35-100 ms Zəif

100 ms+ Yararsız

Necə ölçmək olar?

Speedtest.net saytına daxil olun

Testə başlayın

“Ping” dəyərinə baxın (məsələn: 25 ms)

Telegram Bizimlə əlaqə saxlayın evdetv iptv azərbaycan evdetv iptv azərbaycan